Avtomatik sənaye qapıları istifadəyə daha intensiv məruz qaldığı üçün onların keyfiyyət parametrlərinə olan tələb də artır. Bu cür qapılarda davamlılıq və uzunömürlülük prioritet şərtlərdəndir. Bu qapıların istehsalında istifadə olunan panellər 40 mm qalınlığa malik olur. Zərbələrə davamlı sənaye qapıları yüksək istilik və səs izolyasiyasına malikdir. Bununla yanaşı enerjiyə qənaət edən avtomatik sənaye qapıları işçi heyətinin təhlükəsizliyini də təmin edir.