Etibarınız - qürurumuzdur!

Liftlər – Satış və Quraşdırma Həlləri

AZPRIDE Group Azərbaycanda yaşayış binaları, biznes mərkəzləri, xəstəxanalar, sənaye və digər obyektlər üçün lift sistemlərinin layihələndirilməsi, lift satışı, lift quraşdırılması və lift texniki xidmətini həyata keçirir. Obyektin təyinatına və texniki tələblərinə uyğun etibarlı lift həlləri təqdim edirik.

Lift növləri

Lift sərnişinləri və yükləri şaquli vəziyyətdə sərt polad lift istiqamətləndiriciləri üzərində daşıyan qaldırıcı-nəqliyyat qurğusudur. Liftlər ötürücülük növünə görə elektrik və hidravlik liftlərə bölünür.

Liftlər kateqoriyasına aşağıdakı həllər daxildir:

Lift seçərkən nələr nəzərə alınmalıdır?

Lift seçimi zamanı obyektin təyinatı, sərnişin axını, daşınacaq yük, şaxtanın ölçüləri, mərtəbə sayı və istifadə intensivliyi nəzərə alınmalıdır. Yaşayış binaları və biznes mərkəzləri üçün sərnişin liftləri, logistika və istehsal sahələri üçün yük liftləri, tibb müəssisələri üçün xəstəxana liftləri, estetik həll tələb olunan məkanlar üçün isə panoramik liftlər uyğun seçim ola bilər.

Lift qiymətləri necə müəyyən olunur?

Lift qiymətləri lift növü, yükqaldırma qabiliyyəti, mərtəbə sayı, hərəkət sürəti, kabin dizaynı, idarəetmə sistemi və obyektin texniki xüsusiyyətlərindən asılı olaraq müəyyən olunur. Dəqiq təklif üçün layihənin tələbləri qiymətləndirilir və uyğun lift həlli seçilir.

Liftlərin satışı və quraşdırılması

AZPRIDE Group liftlərin satışı və quraşdırılması üzrə layihələndirmədən montaja qədər kompleks xidmət göstərir. Lift quraşdırılması işləri seçilmiş avadanlığın xüsusiyyətləri və obyektin texniki tələbləri nəzərə alınmaqla həyata keçirilir.

Liftlərin texniki xidməti

Lift texniki xidməti avadanlığın təhlükəsiz, fasiləsiz və uzunmüddətli istismarı üçün vacibdir. Mütəmadi yoxlama, diaqnostika, profilaktik qulluq və zəruri təmir işləri liftlərin etibarlı fəaliyyətini dəstəkləyir.

Lift markaları

HAS Elevator liftləri

Azərbaycandakı rəsmi satışı “AZPRIDE GROUP” MMC tərəfindən həyata keçirilir. Əsası 1980-ci ildə Sebahattin Şekerci tərəfindən qoyulan HAS Elevator 1987-ci ildə Türkiyə lift sektorunda ilkə imza ataraq yaylı kauçuk tamponları istehsal etməyə başlamışdır. Bundan 10 il sonra ilk lift fabrikini quran şirkət 2015-ci ildə daha böyük və müasir olan yeni fabrikinə köçürülmüşdür.

2016-cı ildə firma Türkiyədə daha bir ilkə imza atmış və Türkiye Cumhuriyeti Bilim Sanayi Teknoloji Bakanlığının təsdiqi ilə 100 % Türkiyə sərmayəli birinci lift tədqiqat və araşdırma mərkəzi olmuşdur. Məhsullarının keyfiyyət və performansı, eyni zamanda hər zövqə uyğun rəng və modellərdə hazırlanması HAS Elevator firmasını digərlərindən fərqləndirən əsas özəlliklərdəndir.

Hidoks Asansör

Bu markanın liftlərinin Azərbaycandakı rəsmi satışını “AZPRIDE GROUP” MMC həyata keçirməkdədir. Hidoks Asansör lift istehsalı, montajı, qulluğu, təmiri və servisi ilə məşğul olan ən nüfuzlu Türkiyə firmalarından biridir.

Məhsullarının yüksək performansı, keyfiyyəti, münasib qiyməti və dünya standartlarına uyğunluğu ilə seçilən firma bu sahədə öz sözünü demiş və hədəflədiyi müştəri kütləsini cəlb edə bilmişdir.

FUJITSU ELEVATOR CO., LTD.

Bu lift şirkətinin Azərbaycandakı rəsmi distribütoru “AZPRIDE GROUP” MMC-dir.

Liftlər və eskalatorlar üçün kompleks həllər üzrə ixtisaslaşmış şirkət olan FUJITSU ELEVATOR CO., LTD. dartma maşınları, idarəetmə sistemləri, qapı ötürücüləri, təhlükəsizlik detalları və s. istehsal edərək öz lift və eskalatorlarının keyfiyyət və stabilliyini təmin edir.

Şirkət yüksək keyfiyyətli detallar və xidmətlər təqdim etmək məqsədi ilə bu sahədə çoxlu tanınmış müəssisələrlə əməkdaşlıq münasibətləri qurmuşdur.

Yüklənir...