Avtomatik Giriş Sistemləri və Qapılar
Müasir avtomatik giriş sistemləri ofis, hava limanı, bank, ticarət və tibb mərkəzləri kimi yüksək axınlı məkanlarda rahat, təhlükəsiz və enerjiyə qənaətcil keçid təmin edir. AZPRIDE Group olaraq müxtəlif növ avtomatik qapı və sensorlu giriş sistemlərinin satışını, quraşdırılmasını və texniki xidmətini həyata keçiririk. Hərəkət sensorları ilə təchiz olunan bu sistemlər ziyarətçilər yaxınlaşdıqda avtomatik açılaraq istifadəçi təcrübəsini yüksəldir.
Ers System
Türkiyə brendinin Azərbaycandakı rəsmi distribütoru “AZPRIDE GROUP” MMC-dir.
20 ildən artıqdır ki, avtomatik qapıların istehsalı, satışı və quraşdırılması ilə məşğul olan şirkət innovativ inkişaflar və əməkdaşlıq sayəsində geniş çeşidli xidmətlər təklif edir. Avtomatik qapıların elektron lövhəsindən tutmuş ən xırda detalına qədər hər şey şirkət tərəfindən istehsal olunur. Keyfiyyətli, komfortlu və bol çeşidli avtomatik qapılar dedikdə Türkiyədə ilk yada düşən brend məhz Ers System-dir.