Etibarınız - qürurumuzdur!

Eskalator və Travolator Sistemləri

Eskalator və travolatorlar yüksək insan axınına malik ticarət mərkəzləri, hava limanları, ofislər, otellər və xəstəxana kimi ictimai məkanlarda şaquli və üfüqi daşınma üçün ən ideal həll yoludur. Eskalator – 30-35° bucaqlı hərəkət edən pilləkənlərlə təchiz olunmuş mexaniki qaldırıcı sistemdir. Travolator isə daha az meyilli (8-12°) səthlərdə hərəkəti təmin edən üfüqi nəqliyyat vasitəsidir və əsasən böyük marketlərdə, metro stansiyalarında və hava limanlarında istifadə olunur.

AZPRIDE Group müasir texnologiyalar əsasında hazırlanmış, enerji səmərəli və təhlükəsizlik standartlarına cavab verən eskalator və travolatorların satışını, layihələndirilməsini və quraşdırılmasını həyata keçirir. Məhsullarımız həm yeni tikili obyektlərdə, həm də mövcud binaların modernizasiyası zamanı rahatlıqla tətbiq olunur.

Bizim təqdim etdiyimiz eskalator və travolator sistemləri:

  • Uzunmüddətli və dayanıqlı istismar

  • Səssiz və vibrasiyasız hərəkət

  • Avtomatik idarəetmə və sensor texnologiyası

  • Estetik və fərdi dizayn variantları ilə seçilir.

AZPRIDE Group olaraq, layihəyə uyğun optimal ölçü və texniki göstəricilərlə, ictimai nəqliyyat qovşaqları, ticarət obyektlərikommersiya binaları üçün eskalator və travolator sistemlərinin peşəkar şəkildə tətbiqini təmin edirik.

Yüklənir...