Haqqımızda
2023-cü ildə təsis edilmiş “AZPRIDE Group” MMC, yüksək etibarlılıq, müştərilərə göstərdiyi xidmətlərin geniş çeşidi və keyfiyyəti, hər müştəriyə individual və peşəkar yanaşma, həmçinin, qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi sayəsində Azərbaycan lift, eskalator, inşaat avadanlıqları və avtomatik giriş sistemləri bazarının liderlərindən birinə çevrilməyə nail olmaqdadır.
“AZPRIDE Group” MMC-nin fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycanda bir çox ilklərə imza ataraq, innovativ həlllərə üstünlük verir. Şirkət uğurlu fəaliyyəti sayəsində Azərbaycan inşaat bazarında peşəkar nüfuz qazanıb. Şirkətin əsas məqsədi müştərilərə keyfiyyətli və təhlükəsiz xidmət göstərərək müasir texnologiyalara uyğun məhsul təqdim etməkdir.
Komandamız işin bütün mərhələlərində təhlükəsizliyi, keyfiyyəti və sürəti təmin edən təcrübəli yüksək ixtisaslı mütəxəssislərdən ibarətdir.
Şirkətimiz tərəfindən quraşdırılmış avadanlıq portfelinə daxil olan layihələr: fərdi yaşayış evləri, iş mərkəzləri, yaşayış kompleksləri, xəstəxanalar, otellər və ticarət mərkəzləri.
Bizi fərqləndirən meyarlar:
- Yüksək səviyyədə lokalizasiya;
- Üstün keyfiyyətə nəzarət;
- Standartlara uyğun iş prosesi;
- Rəqabətə uyğun qiymət siyasəti;
- Qabaqcıl texnologiyaların tətbiqi;
- Xidmətlərin geniş əhatəsi;
- Yüksək ixtisaslı peşəkar kadr bazası;
- İstənilən mürəkkəblikdə layihələrin həyata keçirilməsi.