İnşaat Liftləri | Tikinti Üçün Yüksəkkalitəli Qaldırıcı Avadanlıqlar
Tikinti sahəsində istifadə olunan hidravlik yük qaldırıcı qurğular həcmi çox böyük olan yüklərin, nəqliyyat vasitələrinin qaldırılması və endirilməsi üçün istifadə olunan inşaat lift növüdür. Bu liftlərin qaldırma qabiliyyəti 100 kq-dan 100 tona qədərdir.
İnşaat liftləri tikinti sahələrində yüksək mərtəbələrə material və işçi daşımaq üçün nəzərdə tutulmuş şaquli qaldırıcı avadanlıqlardır. Bu liftlər tikinti prosesinin sürətini və təhlükəsizliyini artırmaqla yanaşı, işçi qüvvəsinin məhsuldarlığını da yüksəldir. AZPRIDE Group tərəfindən təklif olunan inşaat liftləri asan quraşdırılan, davamlı və müasir təhlükəsizlik sistemləri ilə təchiz olunmuşdur. Fasad liftləri kimi tanınan bu avadanlıqlar müxtəlif hündürlüklərdə tikinti işlərinin effektiv aparılmasına şərait yaradır.