BMU Sistemləri | Fasadlara Qulluq Platformaları
BMU (Building Maintenance Units) – binaların fasadlarına texniki xidmət göstərmək üçün istifadə olunan xüsusi təhlükəsizlik platformalı mexaniki və elektron sistemlərdir. Pəncərə təmizliyi, fasadların yoxlanması və digər texniki işlərin təhlükəsiz və sistematik şəkildə aparılmasını təmin edir. Bu avadanlıq binanın damında quraşdırılır və texniki heyətə binanın xarici hissəsində sərbəst və təhlükəsiz hərəkət imkanı yaradır. AZPRIDE Group tərəfindən təqdim olunan stasionar BMU sistemləri istənilən mürəkkəb fasad strukturlarına uyğunlaşdırıla bilər.