Turniket sistemləri vasitəsilə ictimai obyektlərin, otellərin, plazaların, məktəblərin, idman zallarının giriş-çıxışlarında baş verə biləcək tıxacın qarşısını almaq mümkündür. Turniket sistemlərinin mövcudluğu sayəsində obyektin giriş-çıxışına nəzarət təmin olunduğu üçün potensial təhlükəyə tam zamanında müdaxilə etmək asanlaşır.