Etibarınız - qürurumuzdur!

Yük Liftləri,onların növləri,necə seçilir və mahiyyəti nələrdir

Yük Liftləri,onların növləri,necə seçilir və mahiyyəti nələrdir

Yük liftləri nədir?

Yük liftləri geniş tətbiq sferasına malikdir və istehsalat sexlərində, kotteclərdə, ticarət mərkəzlərində və digər binalarda quraşdırılır. Onlar çoxmərtəbəli evlərdə geniş tətbiq olunur, çünki mebel və böyük qabaritli texnika qaldırılması üçün uyğundur. AZPRIDE Group MMC yük liftləri quraşdırılması xeyli asanlaşdırmağa və istənilən biznesdə böyük uğur əldə etməyə imkan verir.

Biz bütün xidmətlərimizi yüksək səviyyəli keyfiyyətlə göstəririk ki, bu da müasir avadanlıqların istifadəsi və əməkdaşlarımızın peşəkarlığı ilə əlaqədardır. Yük lifti bələdçi müşayiəti ilə şaquli yük daşınması üçün nəzərdə tutulmuşdur. Yük liftinin kabinəsində, adətən, idarəetmə pultu yerləşir. Belə liftin quraşdırılması üçün aparıcı şaxta lazımdır.

 

AZPRIDE Group yük liftləri bu üstünlüklərə malikdir:

  • Yüksək məhsuldarlıq;
  • Uzunmüddətli istismar;
  • Qənaətcillik;
  • Sadə xidmət;
  • Əlavə qoruma quraşdırılması imkanı.

 

Yuk liftleri növləri

 

Yük liftlərini yükqaldırıcılığına görə növlərə ayırmaq olar:

  • 10 ton yük qaldırıcılığı olan və ağır yüklərin daşınması üçün nəzərdə tutulan liftlər. Onların ikitərəfli taybatay qapıları var ki, bu da daşınma zamanı yükün zədələnməsinin qarşısını alır;
  • Kiçik yuk liftleri. Kiçik yük liftləri ictimai iaşə müəssisələrində, məsələn, restoranlarda quraşdırılır. Onlar 300 kq-a qədər yük qaldıra bilir.

 

Tikinti liftləri yük platformaları görünüşünə malik ola bilər ki, onları da çox vaxt yönləndiricilərlə gücləndirirlər. Bu konstruksiyalar böyük qabaritli yüklərin, məsələn, tikinti materialları və ya texnikanın daşınması üçün tətbiq edilir.

Kiçik yük liftlərinə indi adi istifadəçilərin böyük tələbatı vardır. Belə liftlər kotteclərdə yemək, bazarlıq və s. daşıyır, həmçinin çoxlu digər faydalı funksiyalar yerinə yetirir.

Bu konstruksiyalar kompakt olması, az enerji sərfiyyatı, səssizliyi və istismarda sadəliyi ilə seçilir. Onlar xüsusi şaxtaya ehtiyac duymur, amma əgər şaxta varsa, lift avadanlığı orada yerləşdirilə bilər.

 

Yük liftlərinin seçilməsi

Yaxşı yük lifti seçmək üçün, hər şeydən əvvəl, onun yük qaldırıcılığını nəzərə almaq lazımdır. Lakin daha artıq yük qaldırıcılıq həm də konstruksiya montajının yüksək qiyməti deməkdir. Müxtəlif yük liftləri öz sürətinə görə fərqlənir. Bu zaman liftin sürətinə onun qabaritləri birbaşa təsir edir.

Xüsusi təyinatlı, məsələn, teatr, gəmi və yanğın liftləri də vardır. Onların layihəsi individual olaraq icra edilir. Çünki bu liftlərin konstruksiyası müəyyən funksiyaların yerinə yetirilməsi üçün hazırlanmışdır.

AZPRIDE Group lift sirketi Delfar, HAS Elevator, Hidoks Asansör və Fujitsu liftlərinin Azərbaycanda rəsmi satışını həyata keçirir. Yük lifti satışı, yük lifti sifarişi, yük lifti quraşdırılması üçün bizə müraciət edə bilərsiniz. Yük lifti qiymətləri (yük lifti qiymeti) barədə öyrənmək üçün bizə yazın.

Yüklənir...