Etibarınız - qürurumuzdur!

Sərnişin liftləri

Sərnişin liftləri

Sərnişin liftləri nədir?

Lift sərnişinlərin və yüklərin şaquli vəziyyətdə daşınması üçün nəzərdə tutulmuş qurğudur. Lift avadanlığı çoxmərtəbəli evlərdə, ticarət mərkəzlərində, ofis binalarında və s. məkanlarda quraşdırılır. Təyinat növünə görə liftlər yük, sərnişin və yük-sərnişin liftlərinə ayrılır. Lift alındıqdan sonra qaldırıcı mexanizmin istismarına başlamazdan öncə onun savadlı və dəqiq montaj işini aparmaq lazımdır. Sonra mütəmadi olaraq liftin texniki vəziyyətini müşahidə etmək və vaxtında cari təmir icra etmək zəruridir.

 

Sərnişin liftlərinin növləri

Sernisin liftlerinin aşağıdakı növləri vardır:

  • Maşın bölməsi mövcud olan sərnişin liftləri;
  • Maşın bölməsi mövcud olmayan sernisin liftleri;
  • Elektrik ötürücülü sərnişin liftləri;
  • Hidravlik ötürücülü sərnişin liftləri.

 

Sərnişin liftinin xüsusiyyətləri

Sərnişin lifti daxili haşiyə ilə, həm də premium klass qaldırıcılara xas olan əlavə təchizatın olması ilə fərqlənir. Bir qayda olaraq, belə qaldırıcıda kabinə toz mina ilə rənglənmiş daxili poladla haşiyələnmiş olur. Bu cür haşiyəlik material yetərincə möhkəm hesab olunur. Boyaq rəngini sifarişçi seçir.

 

Sərnişin liftini necə seçməli?

Sərnişin və yük lifti seçimi üçün onun istismar şərtlərini bilmək lazımdır. Qaldırıcı model seçərkən binadakı mərtəbə sayını, sərnişin axını intensivliyini və ümumi yükqaldırmanı nəzərə almaq mütləqdir. Bundan başqa, bu lifti hansı şirkətin hazırladığı da mühüm əhəmiyyət kəsb edir.

İnsanların daşınma komfortunu təmin etmək üçün 1 tondan artıq yük qaldırıcılığı və 1,5x1,5 m ölçü tutumlu kabinəsi olan qaldırıcı əldə etmək lazımdır. Ticarət-əyləncə mərkəzlərində çox vaxt panoramalı liftlər quraşdırılır. Onlar qəşəng və cəzbedici görünür və ticarət mərkəzinə gələnlər liftdə hərəkət zamanı şəhər mənzərəsini seyr edirlər.

 

Sernisin lifti seçimində biz yardım edirik

Lift avadanlığından başı çıxmayan şəxs üçün lift seçimi sadə məsələ deyil. Lift seçimi məsələləri üzrə şirkətimizin mütəxəssislərinə müraciət etməyi məsləhət görürük. Bu, sizin pulunuza və vaxtınıza qənaət edəcəkdir. Azpride Group şirkətinin meneceri sizə qiymətdə uyğun olan qaldırıcı modeli seçəcək, mütəxəssislərimiz lift avadanlığının əldə edilməsi və quraşdırılması üzrə bütün kompleks işlərlə məşğul olacaqlar.

 

Bizim xidmətlər

Kvalifikasiyalı lift montajı ilə yanaşı liftin sonrakı diaqnostika və dispetçer işləri də böyük əhəmiyyət kəsb edir. Liftə mütəmadi texniki qulluq qəzalı vəziyyətlərin baş verməsindən yan keçməyə imkan verir. Şirkətimizin ustaları lift təmiri və qulluq işlərində böyük təcrübəyə sahibdirlər. Komandamız aşağıdakı xidmətləri göstərir:

  • Layihələndirmə;
  • Satış
  • Quraşdırma;
  • Texniki xidmət.

AZPRIDE Group lift şirkəti Delfar, HAS Elevator, Hidoks Asansör və Fujitsu liftlərinin Azərbaycanda rəsmi satışını həyata keçirir. Sərnişin lifti satışı, sərnişin liftləri sifarişi və sernisin lifti quraşdırılması üçün bizə müraciət edə bilərsiniz. Sərnişin lifti qiymətləri barədə məlumat üçün bizə yazın.

Yüklənir...