Etibarınız - qürurumuzdur!

Qayçıvari platformaların qiyməti, satışı və servisi mövcuddur.

Qayçıvari platformaların qiyməti, satışı və servisi mövcuddur.

Qayçıvari platforma nədir?

Qayçıvari hidravlik platforma yüklərin qaldırılması üçün nəzərdə tutulmuş qaldırıcı mexanizmdir. Qayçıvari platformaların ötürücüsü müxtəlif cür ola bilə. Lakin hidravlik ötürücülü qaycivari platformalar daha çox populyardır.

Hidravlik qayçıvari platforma ox yardımı ilə birləşmiş “qayçı” yaradan qollar, üst işçi platforması, platformanın özül çərçivəsi, hidravlik yağ stansiyası, hidravlik silindrlər və idarəetmə pultu ilə komplektləşir.

 

Qayçıvari platformanın qol (manivela) sistemi

Hər qol bir tərəfdən hərəkətsiz vəziyyətdə platformaya bərkidilir və oxla platformaya bərkidilmiş podşipnik ilə birləşir. Qolun digər tərəfindən isə hərəkətli rolik quraşdırılmış olur. Daxili qollarda deşiklər qaynaq edilir ki, onlara da hidrosilindrlər bərkidilir. Bu hidrosilindrlərin yardımı ilə platformanın qaldırılması və endirilməsi baş tutur. Silindrin arxa deşiyi özül çərçivəsində podşipnik yardımı ilə şarnir birləşməsinə bərkidilir.

Qol mexanizmində bir neçə “qayçı” ola bilər. Platformanın qaldırıcılığının iş gedişatı və hündürlüyü onların sayından asılıdır.

 

Qaycivari platformanın hidravlik ötürücüsü

Qayçıvari platformanın özülü yanındakı çərçivəyə hidroötürücünü enerji ilə təmin edən hidravlik yağ stansiyası quraşdırılır. Hidrostansiya elektrik mühərrikli nasos, elektromaqnit paylaşdırıcı, əks klapan, çən, hidrokilid və taymerdən ibarətdir. Hidroçənin üzərində yağ səviyyəsi göstəricisi bərkidilir.

Hidravlik silindr öz kütləsi və yük kütləsinin təsiri altında oxu başlanğıc vəziyyətinə qaytaran birtərəfli hərəkətə malik porşenli hidrosilindrdir.

 

Qayçıvari platformanın idarə edilməsi

İdarəetmə bloku elektrik kabelləri ilə elektromühərrik və əks klapanla, həmçinin də təhlükəsizlik çərçivəsi, idarəetmə pultu və xarici elektrik qidalanma mənbəyi ilə əlaqəlidir.

Qaldırıcı platformanın idarəetmə bloku üzlük panellə örtülmüş və divarda və ya çərçivə özülündə bərkidilmiş elektrik qutusu ehtiva edir. İdarəetmə pultunun üz tərəfində ümumi qidalandırıcı elektrik açarı, “Stop” qəza düyməsi və “Yuxarı”, “Aşağı” düymələri mövcuddur.

 

Qayçıvari platformaların satışı, sifarişi və qiyməti

Qayçıvari platformaların sifarişi və quraşdırılması üçün Azpride Group MMC-yə müraciət edə bilərsiniz. Qayçıvari platformaların satışı, qayçıvari platformalar sifarişi, qayçıvari platformaların quraşdırılması və s. xidmətlər üçün bizə yazın. Qayçıvari hidravlik platforma satisi və qiymətlər (qaycivari platforma qiymeti) üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Yüklənir...