Etibarınız - qürurumuzdur!

Panoramik liftlərin mahiyyəti , xüsusiyyətləri və təhlükəsizliyi

Panoramik liftlərin mahiyyəti , xüsusiyyətləri və təhlükəsizliyi

Panoramik lift nədir?

Panoramik liftlərin bir, yaxud bir neçə divarı şüşədən hazırlanır. Panoramik liftlərlə hərəkət edən zaman məhdud məkan duyğusu olmadığına görə mərtəbələr arası qalxıb-düşmək zövq verir. Adi liftlərdən öz estetikliyi ilə seçilən bu liftlər əsasən müasir binalarda quraşdırılır.

 

Panoramik liftlerin xüsusiyyətləri

Panoramik liftlər digərlərindən ona görə daha bahadır ki, onların hazırlanması üçün xüsusi emaldan keçmiş üçqatlı şüşədən istifadə edilir. Bu şüşə zərbələrə qarşı müstəsna davamlılığa malikdir. Onun dəyəri alüminium və ya poladdan olan ənənəvi panellərin dəyərini üstələyir.

 

Xarakteristikalar:

  • Kabinə forması – istənilən cür, düzbucaqlı və ya dairəvi, pentaqon, ya da sərbəst fiqurlu ola bilər. Bu, əhəmiyyətli şəkildə dizayner imkanlarını genişləndirir və binanın ümumi üslubuna tam uyğun olan qərar seçməyə imkan verir.
  • Görünüş bucağı – kabinənin bütün konstruktiv xüsusiyyətlərindən asılıdır. Beləliklə, əgər bir divar şüşədən, qalanları poladdan hazırlanmışdırsa, panoram bir qədər məhduddur. Populyar variant –  üç tərəfi şüşə, dördüncüsü isə - qeyri-şəffaf, əsasən, paslanmayan poladdan güzgü parıltısınadək cilalanmış olan panoramlı liftdir. Ən əla görünüş - bütövlükdə şüşədən hazırlanaraq poladla tamamlanmış dairəvi kabinədir.
  • Döşəmə materialı – uyğun variant çoxdur: daş - təbii, yaxud süni, metal, əsasən strukturlu səthi olan (sürüşməsin deyə), büdcəli qərarlar - polimerlər, yaxud linoleum (çox nadirən, tez sürtülməsinə yeyilməsinə görə).

 

Panoramik liftlerin minimal tutumluluğu - 4 sərnişin, maksimal - 21 sərnişin, az rast gəlinir, çünki çox ticarət mərkəzləri və əyləncə müəssisələrinin sahibləri orta tutumlu (10 nəfərədək) iki qaldırıcıya üstünlük verirlər, nəinki bir böyük.

Daşıma tezliyinə görə adi və sürət liftləri vardır.

 

Panoramik liftlərin təhlükəsizliyi

Adi qaldırıcı avadanlıqda olduğu kimi, panoramik liftlərdə də sürət məhdudlaşdırıcılar və tutacaqlar – tros qırıldığı zaman kabinənin düşməsini əngəlləyən xüsusi qurğular vardır. Ancaq təhlükəsizlik tədbirləri bununla məhdudlaşmır:

 

  • Qəza sistemləri – panoramik liftlərin hamısında yoxdur, ekstremal vəziyyətlərdə kabinənin axıcı enişini təmin edir.
  • Yüksək davamlılığı olan şüşə – üçtəbəqəli, zərbəyə davamlı,  karkasda (gövdə) etibarlı şəkildə bərkidilməsinə xüsusi diqqət verilir.
  • Şüşə üçün konnektorlar (tutqaclar) - əsasən, nöqtəvi, nadirən - spayder şəkildə.

 

AZPRIDE Group lift şirkəti Delfar, HAS Elevator, Hidoks Asansör və Fujitsu liftlərinin Azərbaycanda rəsmi satışını həyata keçirir. Panoramik liftlərin satışı, panoramik liftlərin sifarişi və panoramik liftlərin quraşdırılması üçün bizə müraciət edə bilərsiniz. Panoramik liftlərin qiymeti barədə məlumat üçün bizimlə əlaqə saxlayın.

Yüklənir...