Lift avadanlığının ömrünü uzatmaq üçün nə etməli?
Lift neçə il çalışa bilər?
Lift avadanlığının düzgün istismarı və mütəmadi texniki qulluq qurğunun xidmət müddətini artırır. Bu zaman həmçinin mexanizmin cari təmiri də öz vaxtında aparılsa, o, 25 il və daha da artıq çalışacaqdır. Yalnız böyük təcrübəsi olan mütəxəssislər lift mexanizmi tənzimlənməsini icra edə, həm də liftə keyfiyyətli texniki qulluq göstərə bilərlər.
Lift qurğularının yoxlanışı
Lift qurğuları daimi qulluq və cari yoxlanış (diaqnostika) tələb edir. Elektromexanik çağırmaq üçün kritik nasazlıq gözləmək gərək deyil. Lift mexanizminə texniki baxış hər ay keçirilməlidir.
Bu sferada ustanın 6 aydan çox təcrübəsi olmalıdır ki, o, liftə xidmət üçün buraxılsın. Bu cür mütəxəssislər üçün lift istismarı qaydaları üzrə treninqlər keçirilir, onlara yeyilmiş detalların və əsas qovşaqların aşkar edilməsi ətraflı şəkildə öyrədilir. Təlim prosesində həmçinin təhlükəsizlik texnikasına böyük diqqət ayrılır.
Liftlər üçün texniki qulluq
Liftin saz vəziyyətdə olmasını dəstəkləmək üçün aylıq baxış tələb olunur. Həmçinin illik təmir qrafiki də mütləq şəkildə dəqiqliklə tərtib edilməlidir. Diaqnostika, adətən, iki mütəxəssis, bir qayda olaraq, elektromexanik və onun assistenti tərəfindən icra edilir.
Aylıq diaqnostikanın icrası zamanı bütün işıqlandırmanın (işıq lampalarının) işlək olmasını yoxlamaq, lift şaxtası çənbərinin, hasar, həmçinin əyləc sisteminin sazlığına əmin olmaq gərəkdir.
Bütün detallar və əsas qovşaqların nasaz olub-olmaması yoxlanılır. Eyni zamanda liftin adi rejimdə istismarının müşahidəsi aparılır. Diaqnostika nəticələrinin dəqiq qeydiyyatı üçün məxsusi jurnal tutulur.
Çox vaxt belə müayinələrdə detalların yeyilməsi aşkarlanır. Mexanizm qovşaqlarının yenisi ilə əvəzlənməsi icra edilir ki, bu da liftin xidmət müddətinin uzadılmasını və sərnişinlərin təhlükəsiz daşınmasını təmin edir.
Azpride Group şirkətimizin texniki xidmət komandasında lift təmiri və liftlərə qulluq işləri üzrə böyük təcrübəsi olan ixtisaslı peşəkarlar vardır. Nüfuzumuz apardığımız təmirdən sonra liftlərin uzunmüddətli xidmət göstərməsi ilə təsdiqlənir.