Etibarınız - qürurumuzdur!

Hermetik qapılar və yarı hermetik qapilarin üstünlükləri

Hermetik qapılar və yarı hermetik qapilarin üstünlükləri

Hermetik qapılar nədir?

Hermetik qapılar gigiyenanın ən mühüm meyar olduğu mühitlərdə istifadə olunur, çirklənmiş xarici havanın ətraf mühitə nüfuz etməsinin qarşısını alır. Fərqli ölçülərdə və müxtəlif materiallardan istifadə edilərək istehsal edilən hermetik qapıların əllə açılan modellərlə yanaşı avtomatik modelləri də mövcuddur.

Hansı məqsədlə tikilməsindən asılı olmayaraq, divarlar, qapılar, pəncərələr, damlar və s. kimi konstruktiv elementlər məkana və istifadə məqsədinə uyğun seçilməlidir. Xüsusən də söhbət xəstəxana, laboratoriya, klinika və s. kimi steril olması lazım olan məkanlardan gedirsə, istifadə ediləcək konstruksiya elementləri də bu sterilliyi təmin etməlidir. Ona görə də bu məkanlarda hava sızmazlığını ən yüksək səviyyədə təmin edən hermetik qapılardan istifadə olunmalıdır.

 

Hermetik qapıların özəlliyi və standart qapılardan fərqi

Hermetik qapı modelləri yüksək sızdırmazlığı və adından da göründüyü kimi avtomatik bağlanma və açılma qabiliyyəti ilə fərqlənir. Bu qapıların istifadə olunduğu mühit qonşu məkanlardan tamamilə təcrid olunur, daxildən xaricə və ya xaricdən daxilə hər hansı bir hava keçidinin qarşısı alınır.

Standart qapılardan çox fərqli olan hermetik avtomatik qapılar ümumiyyətlə steril mühitlər üçün istehsal olunduğu üçün müəyyən dizayn fərqlərinə də malikdir. Məsələn, qapının səthi, qapının hərəkət etdiyi mexanizm və s. kimi sahələr heç bir şəkildə toz yığmayacaq materiallardan hazırlanır. Bundan əlavə, qapının içərisində istifadə olunan panellər də xüsusi olaraq seçilir. Onların səs və yanğın izolyasiyasını təmin edən materialdan – möhkəm şüşə və ya paslanmayan poladdan olmasına diqqət yetirilir.

Avtomatik işləmə xüsusiyyətini idarəetmə pultuna quraşdırılmış fotoseldən alan bu qapılar heç bir əl təması tələb etmədən açılır və üzərindəki sensorlar müəyyən məsafədə heç bir hərəkəti aşkar etmədikdə avtomatik bağlanır.

 

Hermetik qapı harada istifadə olunur?

Xəstəxana mühitlərinin, əməliyyat otaqlarının, laboratoriyaların və digər bu kimi sahələrin layihələndirilməsində havanın keyfiyyətinə daim nəzarət edilməli və tələb olunan şərtlərə dəqiq əməl edilməlidir. Beləliklə, ətraf havanın temperaturu və rütubəti müəyyən səviyyədə saxlanılır və içəridə daim təmiz hava dövranı təmin edilir. Bununla da qapalı məkanda həyata keçirilən əməliyyatlar üçün gigiyena baxımından riskin qarşısı alınır. Bunun üçün məkanın qapısı ən önəmli və həssas elementlərdən biridir.

Bu cür mühitlərdə hermetik qapıların köməyi ilə yüksək sızdırmazlıq xüsusiyyəti sayəsində ətraf havanın xüsusiyyətləri qorunur və istifadə edilmədikdə qapı bağlı qalır. Bundan əlavə, bu qapıların heç bir qapı tutacaqları olmadığından içəriyə daxil olan və bayıra çıxan insanlar davamlı olaraq heç bir şeyə toxunmaq məcburiyyətində qalmırlar. Bu, gigiyena və sterilizasiya baxımından arzu olunan haldır və ətrafdakı havanın keyfiyyətinin aşağı düşməsinin qarşısını almış olur.

 

Yarı hermetik qapılar nədir?

Yarı hermetik qapı əsasən ticarət və ya sənaye sahələrində istifadə olunan qapı növüdür. Bu qapılar müəyyən bir mühitin hava axınına nəzarət etmək üçün nəzərdə tutulmuşdur. Yarı hermetik qapılar tam möhürlənmiş qapı olmadığı üçün “yarı hermetik” adlanır. Onlar iki mühit arasında hava sirkulyasiyasının idarə olunması və kontrollü hava axınının təmin edilməsi məqsədi ilə istifadə olunur.

Yarı hermetik qapı geniş istifadə sahələrinə malik ola bilər. Steril və ya təmiz mühitin saxlanmalı olduğu sahələrdə, məsələn, qida sənayesində və ya laboratoriyalarda yarı hermetik qapılardan geniş istifadə olunur. Onlar həmçinin binalarda enerjiyə qənaət etmək və ya havalandırma sistemlərinin səmərəliliyini artırmaq üçün istifadə edilə bilər.

 

Yari hermetik qapilarin üstünlükləri

Yari hermetik qapi aşağıdakı üstünlüklərə malikdir:

 

Enerjiyə qənaət:

Yarı hermetik qapı enerjiyə qənaət edir. Xüsusilə kondisioner və ya havalandırma sistemlərinin yerləşdiyi ərazilərdə hava sızmasını azaldaraq enerji itkisini minimuma endirir

 

Təhlükəsizlik və izolyasiya:

Yarı hermetik qapılar xaricdən gələn hava axınına nəzarət edərək, arzuolunmaz maddələrin və ya hissəciklərin içəri daxil olmasının qarşısını alır. Beləliklə, işçilərin və ya məhsulların təhlükəsizliyi təmin edilir, idarə olunan mühitə nail olunur.

 

Rahatlıq:

Yarı hermetik qapılar daxili və xarici mühit arasında hava axınına nəzarət etməklə daxili rahatlığı artırır. Bu qapılar daxili mühitin hava və rütubət səviyyələrini qoruyur, xarici amillərin təsirini azaldır, bununla da iş mühitinin rahatlığını artırır.

 

Hermetik və yarı hermetik qapıların satışı, sifarişi və qiyməti

Hermetik və ya yarı hermetik qapıların sifarişi və quraşdırılması üçün Azpride Group MMC-yə müraciət edə bilərsiniz. Hermetik qapıların satışı, yarı hermetik qapılar sifarişi, hermetik qapılarının quraşdırılması və s. xidmətlər üçün bizə yazın. Hermetik qapi satisi və qiymətlər (hermetik qapı qiymeti) üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Yüklənir...