Etibarınız - qürurumuzdur!

Fotosel qapıların satışı, quraşdırılması və servisi

 Fotosel qapıların satışı, quraşdırılması və servisi

Fotosel qapılar nədir?

Fotosel qapılar və ya avtomatik qapilar konstruksiyanın kontaktsız olaraq açılıb-bağlanmasını ehtiva edən prinsip əsasında funksiya göstərir. Onlar müxtəlif növ və konfiqurasiyalarda ola bilər.

Binanın girişinə yaxınlaşdıqda xüsusi qurğuların – sensor və radarların köməyi ilə qapılar müstəqil şəkildə aralanır, içəri daxil olduqdan və ya bayıra çıxdıqdan sonra isə avtomatik şəkildə birləşərək bağlanır.

 

Fotosel qapıların işləmə sistemi

Avtomatik qapıların iş sistemini aşağıdakı parametrlərdə nizamlamaq mümkündür:

  • Avtomatik rejim;
  • Bağlı rejim;
  • Açıq rejim;
  • Bir istiqamətdə çıxış rejimi;
  • Qış iş rejimi.

Avtomatik qapilar məkana qənaət edir. Bu müasir qapılar istənilən üslub və dizaynla uzlaşır. İstənilən binanın arxitekturasına gözəl bir şəkildə uyğunlaşaraq, avtomatik qapılar gündüz işığının daxil olması və yaxşı görünüş baxımından idealdır.

 

Fotosel qapilar harada istifadə olunur?

Avtomatik qapıların tətbiq sferası aşağıdakılardır:

  • İctimai və administrativ binalar;
  • İşgüzar mərkəzlər və avtomobil ticarəti üzrə diler mərkəzləri;
  • Ticarət mərkəzləri və pərakəndə satış mərkəzləri;
  • Hava limanları və dəmiryol vağzalları;
  • Səhiyyə sektoru (xəstəxanalar, apteklər və s.) ;
  • Hotellər və restoranlar;
  • Banklar və təhsil müəssisələri (məktəblər, universitetlər və s.) ;
  • Sənaye (istehsalat) binaları;
  • Vestibül sistemləri və s.

 

Avtomatik qapılar hansı materiallardan hazırlanır?

Fotosel qapılar cürbəcür şüşə növlərindən hazırlanır. Burada çox möhkəm şüşə növləri, tripleks və ya bişmiş şüşə istifadə oluna bilər. Bu tip avtomatik qapıların hazırlanması üçün həmçinin mat və gücləndirilmiş (arm) şüşədən istifadə olunur.

 

Tripleks

Bu, məxsusi yapışqan, ya da polimer təbəqə yardımı ilə birləşmiş bir neçə lay şüşədən hazırlanan etibarlı, möhkəm şüşədir. Bu növ şüşənin üstünlüyü budur ki, sındıqda qəlpələr təbəqədə qalır. Bundan başqa, tripleks səsi izolyasiya edən özəlliklərə sahibdir və ultrabənövşəyi şüaları buraxmır.

 

Gücləndirilmiş şüşə

Bu şüşənin strukturuna xüsusi metallik tor daxildir. Dağıldıqda şüşə hissəcikləri yerində qalır. Lakin buna görə şüşənin möhkəmliyi azalır. Bu material həm də yanğına davamlılığı ilə seçilir.

 

Bişmiş şüşə

Bu şüşə yüksək möhkəmliyə və termodözümlülüyə malikdir. Dağıldıqda təhlükəsizdir, qəlpələrinin iti kənarları olmadığına görə yaralanmaq riski yoxdur.

 

Polikarbonat

Bu materialın üstünlüyü yüksək işıq keçiriciliyi, istilik və səs izolyasiyası, cürbəcür kimyəvi maddələrə qarşı dayanıqlı olmasıdır. Bu materialın çatışmayan cəhəti şüşəyə qulluğun çətin olmasıdır.

 

Avril

Bu materialın üstünlükləri arasında müxtəlif xoşagəlməz amillərə, ultrabənövşəyi şüalara qarşı dayanıqlı olması və yaxşı işıq keçiriciliyidir. Bu şüşə istənilən rəng qammasında buraxıla bilər.

Fotosel qapıların hazırlanması üçün cürbəcür profil tipləri tətbiq edilə bilər: sıxaclı, metallik, plastik, alüminium, metal-plastik, kombinə edilmiş. Avtomatik qapıların konstruksiyası, bir qayda olaraq, iki hərəkətli və iki hərəkətsiz qapılardan ibarətdir.

 

Fotosel qapıların özəlliyi

Bütün avtomatik qapılar ümumi bir özəlliyə sahibdir – onlarda qapının hərəkətini təmin edən elektrik ötürücüsü mövcuddur. Qapıların hərəkət sürəti sifarişçinin istəyindən asılı olaraq, dəyişə bilər.

Fotosel qapilar yetərincə dəbli və effektli görünür. Onlar yüksək funksionallığı və etibarlılığı ilə seçilir. Qapılar rütubətin, yüksək və aşağı temperaturun təsirinə davamlıdır, bundan başqa, bütün istifadə müddəti ərzində öz özəllik və funksiyalarını qoruyub saxlayır.

 

Fotosel qapılara qulluq

Avtomatik qapılar qulluqda sadə və praktikdir, çirkləri adi şüşə təmizləyən vasitə ilə təmizləmək mümkündür. Bu qapılar rahatlığı təmin edir, ziyarətçilərin giriş-çıxışını asanlaşdırır (əsasən də əgər onların əlləri doludursa). Qapıların dekor edilməsinin cürbəcür variantları istənilən dizayner fantaziyasını gerçəyə çevirməkdə kömək edir.

 

“AZPRIDE GROUP” MMCErs System brendinin rəsmi distribütoru

Ers System Türkiyə brendinin Azərbaycandakı rəsmi distribütoru “AZPRIDE GROUP” MMC-dir.

20 ildən artıqdır ki, fotosel qapıların istehsalı, satışı və quraşdırılması ilə məşğul olan şirkət innovativ inkişaflar və əməkdaşlıq sayəsində geniş çeşidli xidmətlər təklif edir. Avtomatik qapıların elektron lövhəsindən tutmuş ən xırda detalına qədər hər şey şirkət tərəfindən istehsal olunur. Keyfiyyətli, komfortlu və bol çeşidli avtomatik qapılar dedikdə Türkiyədə ilk yada düşən brend məhz Ers System-dir.

Ers System fotosel qapıların sifarişi və quraşdırılması üçün bizə müraciət edə bilərsiniz. Fotosel qapıların satışı, fotosel qapılar sifarişi, fotosel qapıların quraşdırılması, fotosel qapi ustasi və s. xidmətlər üçün bizə yazın. Fotosel qapilar satisi və qiymətlər (fotosel qapilar qiymeti) üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Yüklənir...